Naninin qardaşı oğlu ilk imzanı “Sportinq”ə atdı
Luiş Naninin qardaşı oğlu “Sportinq”lə ilk müqaviləsini imzaladı.
90plus.az xəbər verir ki, Portuqaliya futbolunun tanınmış simalarından olan Luiş Naninin qardaşı oğlu Leonardo Varela karyerasında mühüm addım atıb. 17 yaşlı futbolçu “Sportinq” ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Gənc oyunçunun bu uğuru Nani tərəfindən də böyük sevinc hissi ilə qarşılanıb. Təcrübəli sabiq futbolçu sosial şəbəkə hesabında paylaşım edərək qardaşı oğlunu təbrik edib:
“Yeni bir Əjdaha. Qardaşım oğlunun ilk peşəkar müqaviləsini, həm də birbaşa ‘Sportinq’lə imzaladığını görmək böyük qürurdur. Təbriklər, Leonardo.”
Qeyd: “Sportinq” akademiyası dünya futboluna bir çox ulduz bəxş edib və Leonardo Varela da bu ənənəni davam etdirməyə namizədlərdən biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved