“Napoli” 2024-cü ildən bəri evdə uduzmur
“Napoli” evdə qalib gəldi – Neapol təmsilçisi 3-cü pillədə qaldı!
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 28-ci turunda “Napoli” doğma meydanda “Leççe”ni qəbul edib. Gərgin keçən qarşılaşma Neapol təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matç sürətli başlayıb və qonaqlar artıq 3-cü dəqiqədə hesabı açıblar. Siebertin qolu “Leççe”ni önə keçirib. Lakin ikinci hissənin əvvəlində “Napoli” bərabərlik qolunu vurmağı bacarıb. 46-cı dəqiqədə Rasmus Höylund dəqiq zərbə ilə hesabı bərabərləşdirib.
Neapol klubuna qələbə qazandıran qol isə 67-ci dəqiqədə vurulub. Matteo Politano fərqlənərək komandasını önə çıxarıb və matçın yekun hesabını müəyyənləşdirib:
Napoli 2 - 1 Leççe
Siebert 3’
R. Hoylund 46’
Politano 67’
Bu qələbədən sonra “Napoli” turnir cədvəlində 3-cü pillədə qalmağı bacarıb.
Qeyd: Neapol təmsilçisi 2024-cü ilin dekabrından bəri A Seriyasında ev meydanında keçirdiyi heç bir oyunda məğlub olmayıb.
© Copyright 2026, All Rights Reserved