Çempion “Napoli" elə UNİKAL nəticə göstərib, tarix beləsini görməyib

İtaliya A Seriyasında 2024/2025 mövsümünün qalibi olan "Napoli" unikal bir rekorda imza atıb.
90plus.az xəbər verir ki, Neapol təmsilçisi 38-ci turda "Kalyari" üzərində 2:0 hesablı qələbə qazanaraq çempionluğunu rəsmiləşdirdikdən sonra bu nəticə özünü göstərib.
Maraqlı məqam ondan ibarətdir ki, Antonio Kontenin rəhbərlik etdiyi "Napoli" ötən mövsümü A Seriyasında cəmi 10-cu pillədə tamamlamışdı. Bununla da komanda tarixə düşərək, əvvəlki mövsümü 10-cu sırada başa vurduqdan sonra İtaliya çempionu olan ilk klub olub.
Bu uğur, həm də Kontenin "Napoli"nin başına keçdikdən sonra qısa müddətdə əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi dəyərləndirilir.
© Copyright 2025, All Rights Reserved