“Napoli” De Brüyne və MakTominay ilə qaldığı yerdən davam edir

A Seriyasının son çempionu olan “Napoli” yeni mövsümə səfərdə “Sassuolo” üzərində inamlı qələbə ilə başladı. Neapol təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edərək çempionluq yürüşünə üç xalla başladı.
90plus.az oyunun ilk qolunu ötən mövsüm “Napoli”nin çempion olmasında böyük pay sahibi olan şotlandiyalı yarımmüdafiəçi Skott MakTominay vurdu. Matçın 17-ci dəqiqəsində fərqlənən MakTominay əvvəlki mövsümdəki parlaq çıxışını davam etdirdiyini göstərdi.
İlk hissə 1:0 hesabı ilə başa çatdıqdan sonra, ikinci hissənin 57-ci dəqiqəsində komandanın yeni transferi – belçikalı ulduz Kevin De Bruyne gözəl zərbə ilə fərqləndi və hesabı 2:0-a çatdırdı.
Beləliklə, “Napoli” mövsümə uğurlu start verərək titulunu qorumağa iddialı olduğunu erkən nümayiş etdirdi.
© Copyright 2025, All Rights Reserved