"Napoli" "Fiorentina" səfərindən qələbə ilə döndü

İtaliya A Seriyasının 3-cü turu çərçivəsində "Napoli" səfərdə "Fiorentina"nı 3:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, "Artemio Franchi" stadionunda baş tutan qarşılaşmada qonaq komanda oyunun taleyini ilk hissədə həll edib. "Napoli" 6-cı dəqiqədə Kevin De Bruyne, 14-cü dəqiqədə isə Hojlundun vurduğu qollarla fasiləyə 2:0 üstünlüklə yollanıb.
İkinci hissənin 51-ci dəqiqəsində Beukema fərqi üçə çatdırıb. "Fiorentina" yalnız 79-cu dəqiqədə Ranierinin qolu ilə hesabı dəyişə bilib.
Bu nəticədən sonra "Napoli" ardıcıl üçüncü qələbəsini qazanaraq xallarını 9-a yüksəldib. "Fiorentina" isə 2 xalla turnir cədvəlinin aşağı sıralarında qalıb.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/107570
https://t.me/doxsanplus/107571
https://t.me/doxsanplus/107575?single
© Copyright 2025, All Rights Reserved