"Napoli" "Man Yunayted"in hücumçusuna "göz dikdi"

"Mançester Yunayted"in hücumçusu Rasmus Höylunnun karyerasını yenidən İtaliyada davam etdirmək ehtimalı var.
90plus.az xəbər verir ki, "Napoli" danimarkalı forvardı heyətinə qatmaq niyyətindədir. Bu barədə insayder jurnalist Canluka Di Martsio məlumat yayıb.
A Seriyasının çempionu olan Neapol təmsilçisi Höylunnun transferi üçün İngiltərə klubu ilə danışıqlara start verib. "Napoli" 22 yaşlı oyunçunu satınalma şərti ilə icarəyə götürmək istəyir.
Qeyd: "Mançester Yunayted" Rasmus Höylunnu 2023-cü ilin yayında "Atalanta" klubundan 77 milyon avroya transfer etmişdi. Danimarka yığmasının üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 52 rəsmi oyuna çıxaraq 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved