"Napoli" "Mançester Yunayted"in qapıçısını istəyir
"Mançester Yunayted"in qapıçısı Tom Hiton karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Napoli" ingiltərəli qolkiperin transferində maraqlıdır.
Məlumata görə, Neapol təmsilçisi yayda azad agent statusu qazanacaq 39 yaşlı qapıçı ilə yaxın günlərdə danışıqlara başlamağı planlaşdırır.
Qeyd: Tom Hiton 2021-ci ilin yayından "Mançester Yunayted"in formasını geyinir. İngiltərə millisinin sabiq üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində rəsmi matçlarda meydana çıxmayıb.
© Copyright 2026, All Rights Reserved