"Napoli" "Qalatasaray"ın futbolçusuna "elçi düşdü"

90plus.az xəbər verir ki, “Qalatasaray”ın yarımmüdafiəçisi Yunus Akgün bu dəfə İtaliyanın digər nəhəng klubu “Napoli”nin transfer hədəfinə çevrilib. “Napoli” 25 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Klub rəhbərliyi artıq Yunus Akgün üçün “Qalatasaray” rəsmiləri ilə danışıqlara başlayıb.
Bununla belə, Türkiyə çempionu olan “Qalatasaray”ın futbolçunu satmaq fikrində olmadığı bildirilir.
“Qalatasaray”ın yetirməsi olan Yunus Akgün icarə əsasında daha əvvəl “Adana Dəmirspor” və İngiltərənin “Lester” klublarında çıxış edib. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved