“Napoli” “Qarabağ”dan öncəki matçda “Atalanta”nı uddu
İtaliya A Seriyasının 12-ci turunda “Napoli” öz meydanında “Atalanta” üzərində inamlı qələbə qazanaraq həm vacib xallar topladı, həm də Çempionlar Liqasında “Qarabağ”la qarşılaşma öncəsi psixoloji üstünlük əldə etdi.
90plus.az xəbər verir ki, “Napoli” – “Atalanta” görüşündə hesab erkən açılıb və 4 qol qeydə alınıb:
Napoli 3 - 1 Atalanta
Neres 17’ 38’
Lang 45’
Skamakka 52’
“Atalanta” artıq 8 matçdır qələbə qazana bilmir və seriyadakı uğursuzluq daha da dərinləşir. “Napoli” isə 3 xalı hanəsinə yazaraq turnir cədvəlində liderliyə yüksəlib.
© Copyright 2025, All Rights Reserved