"Napoli" "Qarabağ"la oyuna görə cərimələndi
UEFA İtaliyanın "Napoli" klubuna cərimə tətbiq edib.
90plus.az xəbər verir ki, Neapol təmsilçisi Çempionlar Liqası qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la keçirilən oyunda baş verən hadisələr səbəbindən zərər görüb.
Qurum, İtaliya çempionunu müəyyən keçid yollarının bağlanmasına görə 12 min avro, azarkeşlərin pirotexniki vasitələr istifadə etməsi üzündən isə 5250 avro ilə cərimələyib.
Qeyd: "Napoli" - "Qarabağ" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved