"Napoli"də Lukaku şoku: Yeni forvard axtarışları başladı

Hazırlıq matçında "Olimpiakos"la qarşılaşan "Napoli" klubunun ulduz futbolçusu Romelu Lukakunun zədəsi ciddi çıxdı. Matç zamanı oyunu yarımçıq tərk edən belçikalı hücumçunun durumuna dair klubdan rəsmi açıqlama verilib.
90plus.az xəbər verir ki, "Napoli" klubunun yaydığı məlumata görə, Lukakunun sol bud əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən təcrübəli forvardın noyabr ayına qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Lukakunun zədəsindən sonra "Napoli"nin heyətində əsas hücumçu kimi yalnız Lorenzo Lukka qalıb. Qeyd edək ki, klub daha əvvəl nigeriyalı hücumçu Viktor Osimheni "Qalatasaray"a transfer etmişdi.
Hazırda "Napoli"nin yeni bir hücumçu transfer etmək üçün axtarışlara başladığı bildirilir.
© Copyright 2025, All Rights Reserved