"Napoli"də "Yuventus"la oyundan əvvəl ciddi itki
“Napoli” A seriyasının 14-cü turunda “Yuventus”la oyuna itki ilə çıxacaq.
90plus.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Stanislav Lobotka əzələ zədəsi səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.
31 yaşlı oyunçu İtaliya kubokunun 1/8 finalında “Kalyari” ilə matç zamanı sıradan çıxıb. Bu, onun bu mövsümdə yaşadığı ilk ciddi problem deyil; oktyabr ayında da Lobotka zədəsi səbəbindən 3 həftə meydanlardan uzaq qalmışdı.
Cari mövsümdə Slovakiyalı futbolçu “Napoli” üçün ümumilikdə 14 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved