"Napoli"dən Romelu Lukaku barəsində ŞOK QƏRAR
"Napoli" ilə Romelu Lukaku arasında gərginlik yaranıb.
90plus.az xəbər verir ki, belçikalı hücumçunun fiziki hazırlığını davam etdirmək üçün ölkəsində qalmaq qərarı klub rəhbərliyinin narazılığına səbəb olub.
Məlumata görə, "Napoli" rəhbərliyi Romelu Lukakunun 31 mart tarixinə qədər İtaliyaya qayıtmayacağı təqdirdə onu növbəti oyun – 6 aprel tarixində "Milan"a qarşı keçiriləcək matçın heyətinə daxil etməyəcək.
Qeyd edək ki, Romelu Lukaku Belçika millisindən dəvət alsa da, zədələrlə dolu mövsümdən sonra fiziki durumunu bərpa etmək üçün ABŞ və Meksikaya qarşı keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməmək qərarı verib.
32 yaşlı hücumçu 2025/26 mövsümündə zədələr səbəbindən cəmi 7 oyunda meydana çıxıb, ümumilikdə 64 dəqiqə oynayıb və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved