"Napoli"nin futbolçusu Belçika millisindən kənarlaşdırıldı
"Napoli"nin hücumçusu Romelu Lukaku Belçika milli komandasının heyətindən kənarlaşdırılıb.
90plus.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
32 yaşlı forvard zədədən sonra formasını bərpa etmək üçün klubun Neapoldakı bazasında məşqlərini davam etdirəcək.
Lukaku cari mövsümdə "Napoli"nin heyətində 7 rəsmi matçda iştirak edib və 1 qol vurub.
Belçika millisi yaxın günlərdə iki yoldaşlıq görüşü keçirəcək. "Qırmızı şeytanlar" martın 28-də ABŞ, aprelin 1-də isə Meksika yığması ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved