“Napoli”yə kubok gətirən qolların müəllifi danışdı
“Napoli”nin qələbəsindən sonra David Neres danışdı.
90plus.az xəbər verir ki, “Napoli”nin braziliyalı yarımmüdafiəçisi David Neres İtaliya Superkubokunun finalında “Bolonya”ya qarşı oyundan sonra fikirlərini bölüşüb. Görüşdə iki qol vuran vinger komandasının 2:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub və “Partenopeylər”ə növbəti titul qazandırıb.
Neres oyundan sonra belə deyib:
“Əlbəttə, iki qol vurduğum üçün sevinirəm, amma əsas olan komandanın uğurudur. Bu kuboku qazanmaq çox vacib idi. Ümid edirəm ki, bu qələbə bizə liqada da impuls verəcək. İlk olaraq qarşıdakı ‘Kremoneze’ oyunu haqqında düşünürük”.
Bu qələbə “Napoli”nin tarixində üçüncü İtaliya Superkuboku tituludur. Neapol klubu daha əvvəl 1991 və 2014-cü illərdə də bu kuboku qazanmışdı.
Qeyd: David Neres 2024-cü ildən etibarən “Napoli”nin formasını geyinir.
Maraqlı fakt: David Neres anadangəlmə ptoz adlı tibbi problemə malikdir. Bu vəziyyət göz qapaqlarının normaldan aşağı düşməsi ilə xarakterizə olunur. Cərrahi müdaxilə yalnız gündəlik həyata ciddi maneə yarandığı halda tövsiyə edilir, lakin Neres üçün bu, problem hesab olunmur.
© Copyright 2026, All Rights Reserved