Navasın işçisi istismar olunduğunu deyib. Onu məhkəməyə verəcək!

PSJ-nin sabiq qapıçısı Keylor Navasın köməkçisi Nikolas onu məhkəməyə verəcək.
90plus.az xəbər verir ki, Navasın köməkçisi futbolçunun ona qarşı qanun pozuntusuna yol verdiyini deyir.
Nikolasın dediyinə görə, Navas bəzən onu həftədə 90 saat işləməyə məcbur edib. Futbolçu işçisinə aylıq 3,5 min avro ödəyirmiş, lakin tərəflər heç bir müqavilə imzalamayıblar və Navas vergidən yayınıb.
Nikolas Navasdan əmək müqaviləsi tələb edib. O, buna dair səs yazısı da təqdim edib. Səs yazısında Navasın “Biz burada Fransa qanunlarına əsasən işləmirik. Müqavilə yoxdur, sizə nağd ödəyirəm! Mənim qaydalarıma uyğun işləyirik” - deyə cavab verdiyi məlum olub.
Köməkçi onu da bildirib ki, Navas onu mənzillə təmin etməyi öhdəsinə götürüb. Ancaq Keylorun işçisini yerləşdirdiyi otaq dəhşətli dərəcədə pis vəziyyətdə olub. İddiaya görə, Navas Nikolasdan həmişə ov tüfənginin yanında olmasını tələb edib. Futbolçunun özü bir dəfə hətta müvafiq icazəsi olmasa da, Nikolasın qarşısında ov tüfəngindən atəş açıb.
Keylor Navas 2019-cu ildə "Real"dan PSJ-yə keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 113 qarşılaşmada iştirak edib, 51-də qapını təmiz saxlayıb. 2024-cü ilin mayında qapıçı PSJ-dən ayrıldığını açıqlayıb.
Mənbə: BFM TV
© Copyright 2025, All Rights Reserved