NBA-də ilk: Ata oğula assist etdi - GÖRÜNTÜ
NBA-də gecənin oyunları maraqlı nəticələrlə yadda qalıb.
90plus.az xəbər verir ki, "Hyuston Rokets" səfərdə "Memfis Qrizlis"i 119:109 hesabı ilə məğlub edib. Görüşdə Kevin Dyurant 25 xal və 10 assistlə, Cabari Smit Jr. isə 21 xal, 16 ribaundla fərqlənib. Türkiyəli basketbolçu Alperen Şengün də 14 xal, 8 ribaund, 7 assist, 1 top çalma və 2 blokla qələbəyə töhfə verib.
Məğlub komandada Olivye-Maksans Prosper 31 xalla oyunun ən məhsuldar basketbolçusu olub. Ci Ci Cekson və Ceyvon Smollın 14 xalı isə komandanı məğlubiyyətdən xilas etməyib.
Digər oyunda "Los-Anceles Leykers" doğma meydanda "Bruklin Nets"i 116:99 hesabı ilə üstələyib. Qarşılaşmada Luka Donçiç 41 xal və 8 ribaundla möhtəşəm çıxış edib. Ostin Rivz 26 xal, LeBron Ceyms isə 14 xal və 8 assistlə yadda qalıb.
Bu oyunda tarixə düşən an yaşanıb. LeBron Ceyms ikinci hissədə oğlu Bronni Ceymsə etdiyi assistlə NBA tarixində ilk dəfə ata-oğul arasında assist qeydə alınıb.
"Bruklin Nets"də isə Coş Minott 18 xal, Nik Klakston və Zair Uilyams isə hərəyə 16 xalla çıxış ediblər.
© Copyright 2026, All Rights Reserved