NBA-də tarixi fərq: “Yuta Cazz” doğma meydanda darmadağın oldu
NBA-də maraqlı və bir o qədər də təəccüblü nəticə qeydə alınıb. “Şarlott Hornets” səfərdə “Yuta Cazz”ı 150:95 hesabı ilə məğlub edərək 55 xallıq fərq yaradıb.
90plus.az xəbər verir ki, “Delta Senter”də keçirilən qarşılaşmada qonaq komanda oyuna tam nəzarət edib. “Şarlott Hornets”in 9 basketbolçusu oyunu iki rəqəmli xalla başa vurub. Bu qələbə ilə komanda mövsümdə 14-cü qalibiyyətini qazanıb.
“Hornets”in heyətində Tri Mann 20, Brendon Miller 18, LaMelo Boll isə 17 xalla oyunun ən məhsuldar oyunçuları olub.
Mövsümdə 25-ci məğlubiyyətini alan “Yuta Cazz”da isə Brays Sensabo 26, Ayzaya Kollier isə 17 xal toplayaraq fərqlənib. Buna baxmayaraq, meydan sahibləri azarkeşləri önündə ağır məğlubiyyətdən qaça bilməyiblər.
© Copyright 2026, All Rights Reserved