NBA-da böhran - 4 basketboçuya cəza
NBA-də "Şarlott Hornets" ilə "Detroyt Pistons" arasında keçirilən oyunda baş verən insidentlərdən sonra dörd basketbolçu cəzalandırılıb.
90plus.az xəbər verir ki, Şərq Konfransının lideri olan "Detroyt Pistons"un səfərdə "Şarlott Hornets"i 110:104 hesabı ilə məğlub etdiyi qarşılaşmada yaşanan gərginlik ciddi sanksiyalarla nəticələnib.
Hadisələrə görə "Detroyt Pistons"un oyunçusu Aizeya Stüart 7 oyunluq diskvalifikasiya alıb. Digər basketbolçular — Mayls Brics və Mussa Diabate 4 oyun, Ceylen Duren isə 2 oyunluq cəza ilə üzləşib.
Qarşılaşmanın üçüncü rübündə Ceylen Duren ilə Mussa Diabate arasında başlayan gərginlik qısa zamanda böyüyərək digər oyunçuların da mübahisəyə qoşulmasına səbəb olub. Nəticədə Duren və Diabate ilə yanaşı Mayls Brics və Aizeya Stüart meydandan qovulub.
Oyunun son rübündə isə hakimə etiraz edərək onun üzərinə yeriyən "Şarlott Hornets"in baş məşqçisi Çarlz Li də texniki foul alaraq oyundan kənarlaşdırılıb.
© Copyright 2026, All Rights Reserved