NBA: “Los-Anceles Klippers”dən ardıcıl 6-cı qələbə
Amerika Basketbol Liqasında (NBA) növbəti oyunlar keçirilib. “Los-Anceles Klippers” səfərdə “Vaşinqton Uizardz”ı 110:106 hesabı ilə məğlub edərək ardıcıl 6-cı qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, "Kapital Uan Arena"da baş tutan qarşılaşmada “Los-Anceles Klippers”in qələbəsində Ceyms Harden əsas pay sahibi olub. Ulduz basketbolçu 36 xal, 7 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Komandada Jordan Miller 16 xal, 5 ribaund, İvitsa Zubaç isə 14 xal və 12 ribaundla oyunu başa vurub. Bu, “Klippers” üçün mövsümdə 19-cu qələbə olub.
Ardıcıl 7-ci, ümumilikdə isə mövsümün 32-ci məğlubiyyətini yaşayan “Vaşinqton Uizardz”da Aleks Sarr 28, Kayşon Corc isə 18 xal toplayıb.
“Oklahoma-Siti Tander” səfərdə inamlı qələbə qazandı
Qərb Konfransının lideri “Oklahoma-Siti Tander” səfərdə “Klivlend Kavalyers”i 136:104 hesabı ilə məğlub edib. "Roket Arena"da keçirilən oyunda Şay Gildcus-Aleksander 30, Çet Holmqren isə 28 xal toplayaraq komandasını qələbəyə daşıyıb. Bu nəticə ilə “Tander” mövsümdə 36-cı qələbəsini əldə edib.
“Klivlend Kavalyers”in heyətində Donovan Miçell 19, Ceylon Tayson isə 16 xal və 10 ribaundla çıxış etsə də, bu performans mövsümün 20-ci məğlubiyyətinin qarşısını ala bilməyib.
© Copyright 2026, All Rights Reserved