NBA-nin ulduzuna 25 oyunluq cəza
Paul Corca 25 oyunluq uzaqlaşdırma cəzası verildi.
90plus.az xəbər verir ki, NBA rəhbərliyi, "Filadelfia 76ers"ın oyunçusu Paul Corca qadağan olunmuş maddə istifadə etdiyinə görə 25 oyunluq uzaqlaşdırma cəzası tətbiq edib.
ABŞ mətbuatında yayılan xəbərlərə görə, 35 yaşlı ABŞ-lı oyunçu NBA-in qadağan olunmuş maddələr qaydalarını pozduğu üçün bu cəzanı aldı.
NBA-in pozuntunun mahiyyətini və istifadə olunan maddəni açıqlamadığı bildirilib. 9 dəfə NBA All-Star seçilmiş Corcun bu cəzası 51,7 milyon dollarlıq illik maaşının təxminən 11,7 milyon dollarına, yəni 25 oyunun hər biri üçün təxminən 469,700 dollara başa gələcək.
Paul Corcun 25 martda "Filadelfia 76ers"ın "Şikago Bulls"u qəbul edəcəyi matçda yenidən meydanlara qayıtması gözlənilir.
Hazırda "76ers" Şərq Konfransında 26 qələbə və 21 məğlubiyyətlə 6-cı sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved