NBA: "Oklahoma Siti Tander" "Klivlend Kavalers"i məğlub etdi
NBA-də "Oklahoma Siti Tander" doğma meydanda "Klivlend Kavalers" üzərində 121:113 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, Qərb Konfransının lideri olan "Oklahoma Siti Tander"də Ayzeya Co 22 xalla komandasının ən məhsuldar oyunçusu olub. Keyson Uolles 20 xal və 10 assistlə fərqlənib. Komandanın əsas ulduzları Şey Gilces-Aleksandr, Ceylen Uilyams, Acay Mitçell və Aleks Karusonun yoxluğunda Çet Holmqren 17 xal, 15 ribaund və 3 blokla çıxış edib.
Yeddi oyunluq qələbə seriyası başa çatan "Klivlend Kavalers"də Donovan Mitçell, Ceyms Harden və Sem Meril hərəyə 20 xal toplayıblar. Cərret Allen isə 11 xal və 13 ribaundla dubl-dabl edib.
NBA tarixində ümumilikdə 35 çempionluğu olan iki klubun qarşılaşmasında "Boston Seltiks" səfərdə "Los Anceles Leykers"i 111:89 hesabı ilə məğlub edib.
Qonaqların heyətində Ceylen Braun 32 xal, 8 ribaund və 7 assistlə, Peyton Priçard isə 30 xal və 8 assistlə qələbədə əsas pay sahibi olublar.
"Los Anceles Leykers"də Luka Donçiç 25 xalla ən məhsuldar oyunçu olub. Karyerasında 1600-cü müntəzəm mövsüm oyununa çıxan və 20 xal toplayan Lebron Ceyms 43 min xal həddini keçib.
© Copyright 2026, All Rights Reserved