NBA Yay Liqasında türk küləyi əsir

Amerika Basketbol Liqası (NBA) Yay Liqasında Türkiyə millisinin üzvü Adem Bona növbəti parlaq çıxışı ilə yadda qalıb. Las Veqasda keçirilən oyunda “Filadelfiya Seventi Siksers” komandası “Vaşinqton Vizardz” üzərində 74:58 hesabı ilə inamlı qələbə qazanıb.
90plus.az xəbər verir ki, qarşılaşmada Adem Bona 9 xal, 8 ribaund, 6 blok və 1 assist ilə həm müdafiədə, həm də hücumda yüksək performans sərgiləyərək yeni mövsüm öncəsi diqqətləri üzərinə çəkib.
“Filadelfiya Seventi Siksers”də Castin Edvards 17 xalla komandanın ən məhsuldar oyunçusu olub. “Vaşinqton Vizardz”da isə AJ Conson 20 xalla oyunun ən çox xal toplayan basketbolçusu kimi fərqlənib.
Milli oyunçunun bu çıxışı NBA-də daimi yer qazanması üçün ciddi mesaj olaraq qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved