"Neftçi" 9 nömrəni əbədiləşdirdi - Klubdan açıqlama
"Neftçi PFK" əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib.
90plus.az xəbər verir ki, bununla bağlı paytaxt klubunun mətbuat xidməti açıqlama yayıb.
Bəyanatda bildirilib:
“O, 16 il ərzində bu nömrəli formanı böyük qürur və sədaqətlə daşıdı. Həmin formanı heç vaxt başqa nömrə ilə əvəz etmədi. Bu nömrə altında saysız qollar vuraraq ‘Neftçi’nin adını zirvələrə qaldırdı. Bundan sonra da ‘Neftçi’nin 9 nömrəli forması əbədi olaraq Anatoli Banişevskiyə məxsus olacaq.
‘Neftçi’ Peşəkar Futbol Klubunun qərarına əsasən, 2026/27 mövsümündən başlayaraq komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan unudulmaz Anatoli Banişevskinin xatirəsinə ithaf edilir.
Bu addım 89 illik fəaliyyəti dövründə Azərbaycan futbolunun inkişafına töhfələr vermiş ‘Neftçi’yə, onun zəngin tarixinə və formasını geyinmiş yüzlərlə futbolçuya, məhz əfsanəvi Anatoli Banişevskinin timsalında göstərilən dərin ehtiramın ifadəsidir”.
© Copyright 2026, All Rights Reserved