"Neftçi" braziliyalı futbolçu aldı
“Neftçi” hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
90plus.az xəbər verir ki, “ağ-qaralar” Kipr klubu “Etnikos”un üzvü Breno Almeydanın transferini həll edib. Bu barədə “goal.philenews.com” saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” braziliyalı vingerlə və onun klubu ilə razılığa gəlib. Bakılılar 27 yaşlı futbolçunun özü ilə də anlaşma əldə edib.
Qeyd: Breno Almeyda 2024-cü ilin yayından “Etnikos”da çıxış edir. Cari mövsümdə “Sambaçı” Kipr klubunun heyətində keçirdiyi 14 rəsmi oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved