“Neftçi - Qarabağ”: Azarkeşlər olmayacaq
DERBİ ÖNCƏSİ QƏRAR: “QARABAĞ” AZARKEŞLƏRİ TRİBUNADA OLMAYACAQ.
90plus.az xəbər verir ki, “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək qarşıdakı derbidə qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq.
Qərar hər iki klubun ortaq razılığı əsasında qəbul edilib. Son dövrlərdə azarkeş qrupları arasında yaşanan gərginlik nəzərə alınaraq, mümkün xoşagəlməz halların qarşısının alınması məqsədilə bu addımın atıldığı bildirilir.
Razılaşmaya əsasən, təkcə bu oyunla məhdudlaşmamaq şərti ilə, qarşıdakı görüşlərdə də rəqib komandaların fanat qruplarının stadiona buraxılmaması nəzərdə tutulur. Tərəflər təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayıblar.
Qeyd: Azərbaycan Premyer Liqasının derbisi 21 fevral tarixində keçiriləcək. Oyun saat 19:00-da başlayacaq.
Oyun: Neftçi – Qarabağ
Tarix: 21 fevral
Saat: 19:00
© Copyright 2026, All Rights Reserved