"Neftçi" qələbəni son anda əldən verdi
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində daha bir oyun baş tutub.
90plus.az xəbər verir ki, günün ilk matçında "Neftçi" komandası "Şamaxı"nın qonağı olub. Şamaxı şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
"Ağ-qaralar"ın qollarını 60 və 90+1-ci dəqiqələrdə Vensan Abubakar vurub. Meydan sahiblərindən 75-ci dəqiqədə Sezar Enrike, 90+8-ci dəqiqədə isə Karim Rossi fərqlənib.
Matçda vurulan qolların videolarına bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra "Neftçi" xallarının sayını 31-ə çatdıraraq 6-cı pillədə qərarlaşıb. "Şamaxı" isə 26 xalla 8-ci yerdədir.
Günün ikinci oyununda "Qəbələ" öz meydanında "Karvan-Yevlax"ı qəbul edəcək.
Turun oyunları martın 1-də yekunlaşacaq. Ötən gün isə "Kəpəz" "Sumqayıt"ı 3:0, "Zirə" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
© Copyright 2026, All Rights Reserved