“Neftçi TV” nin lisenziyası ləğv olundu
Audiovizual Şuranın növbəti iclasında “Neftçi TV” kanalının mövcud vəziyyəti gündəmə gətirilib.
90plus.az xəbər verir ki, şuradan bildirilib ki, peyk yayımı həyata keçirməyən platforma yayımçısı kimi lisenziya alan “Neftçi TV” son bir il ərzində internet üzərindən fasiləsiz və birbaşa yayımı təmin edə bilməyib.
Bu səbəbdən Audiovizual Şura tərəfindən kanalın hüquqi sahibi olan “Neftçi Media” MMC-yə dəfələrlə rəsmi bildirişlər göndərilib və xəbərdarlıqlar edilib.
Yayımın bərpa olunmaması fonunda “Neftçi Media” MMC özü lisenziyanın ləğvi ilə bağlı Audiovizual Şuraya müraciət edib. Müraciət nəzərə alınaraq Şura “Neftçi TV” kanalına verilmiş peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
© Copyright 2026, All Rights Reserved