"Neftçi"də "İmişli" ilə oyundan əvvəl ciddi itki
"Neftçi" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "İmişli" ilə keçiriləcək oyunun hazırlığını başa vurub.
90plus.az xəbər verir ki, komanda bu gün "Palms Sports" Futbol Mərkəzində matçdan öncə son məşqinə çıxıb.
Bildirilib ki, "ağ-qaralar"ın müdafiəçisi Elvin Bədəlov cəzalı olduğu üçün qarşılaşmada iştirak etməyəcək.
Qeyd: "Neftçi" – "İmişli" oyunu martın 20-də "Palms Sports Arena"da keçiriləcək və saat 19:15-də start götürəcək.
© Copyright 2026, All Rights Reserved