"Neftçi"də "yarpaq tökümü" - 7 nəfər gedir

90plus.az xəbər verir ki, “Neftçi” klubu 7 futbolçusu ilə vidalaşıb. Klubun rəsmi saytında verilən məlumata əsasən, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə bağlanmış müqavilələrin müddəti başa çatıb və tərəflər arasında yeni razılaşma imzalanmayıb.
Bundan əlavə, icarə əsasında komandada çıxış edən Rüstəm Samiqullinin “Neftçi”dəki icarə müddəti sona çatdığı üçün futbolçu məxsus olduğu “Sabah” klubuna geri dönüb.
© Copyright 2025, All Rights Reserved