"Neftçi"dən Azərbaycan futbol tarixində yeni rekord
                            
                        
                            
                                “Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.
90plus.az xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə bu uğura nail olublar. Bakı təmsilçisi cari mövsümdə çempionatda ilk böyükhesablı qələbəsini əldə edib.
Qeyd: Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür. Paytaxt klubu yalnız 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazana bilməyib. Beləliklə, 32 fərqli mövsümdə böyükhesablı qələbə əldə etmək Azərbaycan çempionatlarında yeni rekord hesab olunur.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved