"Neftçi"nin rəqibi "Kayrat" oldu - DİGƏR RƏQİBLƏR...
“Neftçi” klubunun qış fasiləsi dövrü üçün hazırlıq proqramı açıqlanıb.
90plus.az xəbər verir ki, Bakı təmsilçisi yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı olan Əbu-Dabidə təlim-məşq prosesi keçəcək.
Yanvarın 5-də ilk məşqinə start verəcək “ağ-qaralar” toplanış müddətində 3 sınaq görüşü keçirməyi nəzərdə tutur.
Paytaxt klubu yanvarın 9-da Qazaxıstanın “Kayrat”, 13-də Misirin “Piramids”, 16-da isə Çinin “Çenqdu Ronqçenq” komandası ilə üz-üzə gələcək. Görüşlərin başlama saatları barədə məlumat sonradan açıqlanacaq.
© Copyright 2026, All Rights Reserved