"Neftçi"nin şikayəti geri çevirildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubunun verdiyi apellyasiya müraciətini rədd edib.
90plus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin sentyabrın 3-də çıxardığı qərar qüvvədə saxlanılıb.
“Neftçi”nin futbolçusu İqor Ribeyro Misli Premyer Liqasının III turunda “Turan Tovuz”la keçirilən oyunda rəqibinə qarşı aqressiv hərəkət etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı.
Bu səbəbdən AFFA İntizam Komitəsinin qərarı ilə o, 3 oyunluq diskvalifikasiya olunub və klub 3000 manat məbləğində cərimələnib.
© Copyright 2025, All Rights Reserved