"Neftçi"yə yazılan Cenk Tosundan ayrılıq barəsində sərt cavab
Cenk Tosun həftələr sonra ayrılıq barəsində səssizliyini pozdu.
90plus.az xəbər verir ki, "Fənərbağça"da heyətdən çıxarılan Cenk Tosun bu gün — təxminən 1.5 ay sonra — səssizliyini pozaraq gələcəyi ilə bağlı açıqlama verdi.
2025‑ci ilin 12 oktyabrında klub rəsmi bəyanatla Cenk Tosun və İrfan Can Kahvecini heyətdən çıxardı. Rəsmi bəyanatda sadəcə “alınan qərar” ifadəsi göstərilmişdi; hansısa davranış və ya hüquqi əsas göstərilməmişdi.
Bu müddətdə Cenk Tosunun klubda qalması və ya başqa komandaya transferi ilə bağlı suallar artmışdı. Ancaq futbolçu özü mühüm açıqlama verdi: “Nə etdim ki? Mən bağışlanacaq bir şey etmədim. Yenidən heyətə qayıtmağı gözləyirəm və “Fənərbağça"da oynamaq istəyirəm.”
Soruşulan “Ayrılmaq istəyirsənmi?” sualına isə belə cavab verdi: “Ayrılmağı düşünmürəm. Yenidən heyətə qayıtmaq istəyirəm.”
Beləliklə, Cenk Tosun hazırda klub dəyişmək niyyətində olmadığını bildirir və “Fənərbağça"ya dönüşü arzulayır. Lakin klub rəhbərliyi və texniki heyətin mövqeyi hələ də aydın deyil.
Qeyd: Vinsent Abubakarın transferi dən sonra Cenk Tosunun da transferi ehtimal edilirdi.
© Copyright 2025, All Rights Reserved