Neymar 1.3 milyonluq maşınını sürə bilməyəcək
Cizgi romanlara böyük marağı olan braziliyalı ulduz futbolçu Neymar baş rolda Kristian Beylin yer aldığı "Betmen" trilogiyasında istifadə olunan "Tumbler" adlı avtomobilin bir replikasını satın alıb. Lakin o, bu bahalı “oyuncağını” yollarda sürə bilməyəcək.
90plus.az xəbər verir ki, İtaliyanın məşhur idman qəzeti "La Gazzetta dello Sport"un məlumatına görə, Neymar bu xüsusi avtomobil üçün 1,3 milyon dollar ödəyib və ona çatması üçün düz 3 il gözləyib. Avtomobil sifarişi verdiyi vaxt Neymar "Səudiyyə Ərəbistanı"nın "Əl-Hilal" klubunun formasını geyinirdi.
"DC" kainatının məşhur qəhrəmanı "Betmen" filmlərindən tanınan "Batmobil" artıq Neymarın şəxsi qarajında yer alıb. Lakin avtomobilin yol üçün uyğun rəsmi sənədi olmadığından, Neymar onu yalnız şəxsi ərazilərdə və sərgilərdə göstərə biləcək.
Qeyd: Neymar daha əvvəl də lüks avtomobillərə olan marağı ilə seçilib. Onun kolleksiyasında "Audi R8 Spyder V10 Plus", "Ferrari Purosangue", "Bentley Continental GT", "Aston Martin DBX" və "Lamborghini Huracan" kimi yüksək sinif modellər yer alır.
© Copyright 2026, All Rights Reserved