Neymar Braziliya millisinin ilkin heyətinə daxil edildi
Braziliya milli futbol komandasının hücumçusu Neymar qarşıdakı beynəlxalq yoldaşlıq oyunları üçün komandanın ilkin siyahısına daxil edilib.
90plus.az xəbər verir ki, hazırda “Santos” klubunda çıxış edən 34 yaşlı futbolçu Braziliya millisinin məşqçilər heyətinin hazırladığı geniş heyətdə yer alıb. Lakin onun yekun heyətdə olub-olmayacağı ilə bağlı qərarın yaxın günlərdə veriləcəyi bildirilib.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti futbolçunun hazırkı vəziyyətini yaxından izləmək niyyətindədir. İtaliyalı mütəxəssisin Neymarın formasını qiymətləndirmək üçün “Santos”un növbəti oyununu şəxsən stadiondan izləyəcəyi qeyd olunur.
Neymar son aylarda zədə səbəbindən uzun müddət meydanlardan uzaq qalıb. Hazırda isə ulduz futbolçu tədricən formasını bərpa edir və yenidən milli komandaya qayıtmaq üçün çalışır.
© Copyright 2026, All Rights Reserved