Neymar: “Kuboku Braziliyaya qaytarmaq üçün canımızı qoyacağıq”
Neymar göz yaşlarına hakim ola bilmədi – Dünya Çempionatı ilə bağlı emosional sözlər
90plus.az xəbər verir ki, Braziliya millisinin ulduzu Neymar Dünya Çempionatına çağırıldıqdan sonra yaşadığı emosional anlarla gündəmə gəlib.
Braziliyalı futbolçunun milli komandaya dəvət almasının ardından verdiyi reaksiyalar sosial şəbəkələrdə sürətlə yayılıb. Neymar ilk olaraq “Barselona”nın vingeri Rafinya ilə etdiyi videozəng zamanı göz yaşlarını saxlaya bilməyib.
Təcrübəli hücumçu açıqlamasında Dünya Kubokunu yenidən Braziliyaya gətirmək istədiklərini bildirib:
“Kuboku yenidən Braziliyaya qaytarmaq üçün canımızı qoyacağıq”.
Neymar Dünya Çempionatına növbəti dəfə qatılacağı üçün çox həyəcanlı olduğunu da gizlətməyib:
“Baş verənlər inanılmazdır. Daha bir Dünya Çempionatı. Necə emosional olmaya bilərəm?”
33 yaşlı futbolçu bu mundialda komandanın tam birlik içində olacağını vurğulayıb:
“Sözümü yadda saxlayın, bu Dünya Çempionatında hamımız bir yumruq kimi birləşəcəyik. Hər şeyimizi ortaya qoyacağıq. Kuboku Braziliyaya qaytarmalıyıq”.
Qeyd: Braziliya millisi son Dünya Çempionatında 1/4 final mərhələsində mübarizəni dayandırmışdı. Neymar isə həmin uğursuzluqdan sonra ilk dəfə mundial barədə bu qədər emosional danışıb.
Rafinya ilə danışığı zamanı Neymarın “Biz birlikdəyik, Rafa… biz bunu qazanacağıq!” sözləri də azarkeşlər arasında böyük maraq doğurub.
VİDEO: https://t.me/doxsanplus/117020
© Copyright 2026, All Rights Reserved