Neymara 1 milyard pul miras qaldı

Braziliyalı bir iş adamı bütün var-dövlətini "Santos"un futbolçusu Neymara bağışlayıb.
90plus.az xəbər verir ki, adı açıqlanmayan şəxs Neymarın böyük azarkeşi kimi tanınır. CNN televiziyasının yaydığı məlumatda bu barədə bildirilir.
Rio Qrande do Sul əyalətində yaşayan sahibkar vəsiyyətini 12 iyul tarixində iki şahid və bir məmurun iştirakı ilə notariusda rəsmiləşdirib. Sənəddə mirasın yeganə varisinin Neymar olduğu vurğulanıb.
Mirasın ümumi dəyəri açıqlanmayıb. 31 yaşlı iş adamının vəsiyyətində evlər, şirkət səhmləri və müxtəlif sahələrdəki investisiyaların olduğu qeyd olunub.
Neymarın mətbuat xidməti mövzu ilə bağlı rəsmi açıqlama almadıqlarını bildirir. Futbolçu isə hələlik bu barədə şərh verməyib.
© Copyright 2025, All Rights Reserved