Neymarın atası MLS klubu ilə görüşəcək
Neymar MLS-ə gedə bilər – “Sinsinnati” ciddi cəhd edir.
90plus.az xəbər verir ki, MLS klubu “Sinsinnati” braziliyalı ulduz Neymarı heyətinə qatmaq üçün aktiv danışıqlara başlayıb.
Bildirilir ki, Neymarın atası yaxın günlərdə klub rəhbərliyi ilə mühüm görüş keçirəcək. Daha sonra isə futbolçunun nümayəndə heyətinin “Sinsinnati”nin prezidenti və sahibi Ceff Berdinq ilə üz-üzə danışıqlar aparacağı gözlənilir.
Amerika klubunun əsas məqsədi Neymarı 2026 Dünya Çempionatından sonra MLS-ə transfer olunmağa razı salmaqdır. Danışıqlarda futbolçunun maaşı və bonus paketinin bütün detalları müzakirə ediləcək.
Hazırda Neymar “Santos”da çıxış edir və klubun əsas simalarından biridir. Buna baxmayaraq, onun gələcək karyerası ilə bağlı yekun qərarın qarşıdakı aylarda veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved