Neymarın "İnter Mayami" sürprizi gündəmdə

Braziliya təmsilçisi "Santos" ilə müqaviləsi bu ilin sonunda başa çatacaq olan Neymarın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
90plus.az xəbər verir ki, 33 yaşlı ulduz futbolçunun karyerasını ABŞ təmsilçisi "İnter Mayami"də davam etdirməsi ehtimal olunur.
"Daily Mail"in məlumatına görə, "İnter Mayami" Neymarın transferi üçün artıq danışıqlara start verib. Müqaviləsinin sonuna yaxınlaşan Neymar istədiyi klublarla rəsmi təmaslar qura bilər.
"İnter Mayami" Lionel Messi və Luis Suareslə də müqavilə uzatmaq üçün danışıqlar aparır. Əgər Neymar ABŞ klubuna keçərsə, bir zamanlar "Barselona"da eyni heyətdə forma geyinən üçlük – Messi, Suares və Neymar – yenidən bir araya gələ bilər.
Onlar 2014–2017-ci illər arasında "Barselona"da birlikdə çıxış edərək ümumilikdə 364 qol və 167 assist ilə yadda qalmışdılar.
© Copyright 2025, All Rights Reserved