Neymarın qara günləri: Rəsmən mundiala getmir!
Azarkeşlərdən Neymara sərt şüarlar, Ançelotti isə DÇ planlarına salmadı.
90plus.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026 Dünya Çempionatı ilə bağlı planlarında Neymarın yer almadığını qəti şəkildə bildirib. Təcrübəli mütəxəssis hətta “Santos”un 10 nömrəsini hazırda qiymətləndirilən futbolçular siyahısına belə daxil etməyib.
Məlumata görə, Ançelotti Neymarın son çıxışlarını yaxından izləyib, lakin onu milliyə çağırmaq üçün heç bir ciddi səbəb görmədiyini düşünür. O, həmçinin futbolçunun adı ətrafında yaranan böyük ajiotajı başa düşmədiyini də vurğulayıb.
Azarkeşlər də Neymara qarşı çıxdı
Bu arada Braziliyada keçirilən oyunda “Remo” azarkeşləri Neymarı hədəf alan sərt şüarlar səsləndiriblər. Azarkeşlər matç zamanı “O, Dünya Çempionatına getməyəcək!” sözlərini tribunadan səsləndirərək “Santos”un ulduz futbolçusuna açıq mesaj göndəriblər.
Azarkeşlərin bu reaksiyası son vaxtlar Neymarın Braziliya millisindəki gələcəyi ilə bağlı artan şübhələrin fonunda baş verib. Görünən odur ki, həm baş məşqçi, həm də azarkeşlər arasında Neymarın 2026 Dünya Çempionatında oynayacağına inam xeyli azalıb.
Hazırkı vəziyyətə görə, Neymarın Braziliya millisindəki gələcəyi ciddi sual altındadır və onun Dünya Çempionatında iştirak etməsi real görünmür.
© Copyright 2026, All Rights Reserved