Neymarın transferi "Santos"un liqadakı taleyinə bağlıdır

Braziliya təmsilçisi "Santos"da yenidən forma geyinən Neymarla bağlı maraqlı bir transfer iddiası gündəmə gəlib.
90plus.az xəbər verir ki, İtaliya mətbuatında, xüsusilə "Calcio Mercato"da yayılan xəbərə görə, Fransa 1-ci Liqasında iddialı mövqeyə yüksəlmək istəyən "Marsel", Neymarın transferi üçün addım atmağa hazırlaşır.
Əldə edilən məlumatlara görə, Neymarın "Əl-Hilal" ilə olan müqaviləsini ləğv etməsindən sonra ölkəsinə dönməsi "Marsel" üçün fürsətə çevrilə bilər. Klubun bu transferdəki əsas üstünlüyü isə Neymarın hazırda çıxış etdiyi "Santos"un mövcud vəziyyətidir.
Belə ki, "Santos" bu mövsüm zəif çıxış edir və hazırda liqanın düşmə zonasındadır. Komandanın aşağı liqaya yuvarlanması halında Neymarın ayrılığının daha rahat baş verəcəyi qeyd olunur.
Lakin bu keçidin qarşısındakı ən böyük maneə ulduz futbolçunun maaşıdır. Hal-hazırda "Santos"dan aylıq 150 min avro qazanan Neymarın maaşını artırmaması halında Fransaya dönmək ehtimalının yüksək olduğu bildirilir.
32 yaşlı futbolçu 2024/25 mövsümündə komandası ilə bütün turnirlərdə 18 oyunda iştirak edib, 1115 dəqiqə meydanda qalıb və bu müddət ərzində 4 qol, 3 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved