Niderland ilk dəfə Avropa çempionu oldu
Niderlandın U-19 millisi tarixində ilk dəfə Avropa çempionu olub.
90plus.az xəbər verir ki, final görüşündə onlar son çempion İspaniyanı 1:0 hesabı ilə məğlub edərək titula yiyələniblər. Oyun Rumıniyanın paytaxtı Buxarestdə keçirilib.
Final öncəsi hər iki komanda dəyişməz heyətlə meydana çıxmışdı. Turnirin favoritlərindən sayılan İspaniya qrup mərhələsini qolsuz başa vurmuş, yarımfinalda isə Almaniyaya qarşı möhtəşəm – 6:5 hesablı qələbə qazanmışdı. Niderland isə qrup mərhələsində rəqiblərinə heç bir şans verməmiş, yarımfinalda isə meydan sahibi Rumıniyanı 3:1 hesabı ilə keçmişdi.
Beləliklə, Niderland 1:0 hesabı ilə qalib gələrək U-19 Avropa Çempionatının qalibi oldu. Bu, onların tarixində ilk belə tituldur.
Qeyd: "Narıncılar” son 5 turnirdə ümumiyyətlə final mərhələsinə vəsiqə qazana bilməmişdi.
© Copyright 2026, All Rights Reserved