Niderland millisində ciddi itki - BOMBARDİR YOXDUR
Niderland milli komandasının heyətində ciddi itki baş verib.
90plus.az xəbər verir ki, "Korintians"ın hücumçusu Memfis Depay zədələnərək yığmadan kənarda qalıb.
32 yaşlı futbolçu Braziliya A Seriyasının 8-ci turunda "Flamenqo"ya qarşı keçirilən oyunda (1:1) ayaq əzələsindən zədə alıb. Təcrübəli forvardın təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd: Niderland millisi yaxın günlərdə iki yoldaşlıq görüşü keçirəcək. "Narıncılar" martın 27-də Norveç, martın 31-də isə Ekvador yığması ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved