Nigeriya Afrika üçüncüsü oldu – Misir penaltilarda məğlub edildi
Afrika Millətlər Kubokunun üçüncülük oyununda Misir və Nigeriya üz-üzə gəlib. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşmanın qalibi penalti seriyasında müəyyənləşib.
90plus.az xəbər verir ki, penaltilərdə üstün olan tərəf Nigeriya olub – 4:2.
Bu nəticə ilə Nigeriya Afrika Millətlər Kubokunda üçüncü yeri tutub, Misir isə turniri dördüncü pillədə başa vurub. Qarşılaşmada misirlilərin ulduzu Məhəmməd Salah komandasının ilk penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib:
Misir 0 - 0 Nigeriya
Penaltilər: 2–4
AFCON, III yer Nigeriyanındır
Bu uğurla Nigeriya Afrika Millətlər Kuboku tarixində 9-cu dəfə üçüncü yerin sahibi olub. “Super Qartallar” indiyədək oynadıqları bütün üçüncülük oyunlarını qazanaraq bu mərhələdəki məğlubiyyətsiz seriyanı davam etdiriblər.
Qeyd: Bu qarşılaşma Nigeriya ilə Misirin Afrika Millətlər Kuboku tarixində 10-cu, ümumilikdə isə 20-ci görüşü olub.
© Copyright 2026, All Rights Reserved