Nigeriya millisinin üzvü əməliyyat olunacaq
“Bayer”in futbolçusu Viktor Bonifeys əməliyyat olunacaq.
90plus.az xəbər verir ki, bu barədə “Verder” klubunun mətbuat xidməti məlumat yayıb.
Hazırda “Verder”də çıxış edən “Bayer”in futbolçusu Viktor Bonifeys həkimlərlə məsləhətləşdikdən sonra dizindən əməliyyat olunmağa razılıq verib.
25 yaşlı hücumçunun bu gün əməliyyat olunacağı gözlənilir.
Bonifeysin “Verder”lə icarə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved