Niko Kovaç yeni müqaviləyə haqqı ilə gedir

“Borussiya Dortmund” baş məşqçisi Niko Kovaçı yeni müqavilə ilə mükafatlandırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, klub bu qərarı Kovaçın uğurlarını nəzərə alaraq verib. Hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq, lakin rəhbərlik onun göstərdiyi performansı indidən qiymətləndirmək niyyətindədir (📰:The Athletic).
Xorvatiyalı mütəxəssis ötən mövsümün ortasında komandanın sükanı arxasına keçmiş və Bundesliqada son 8 oyunun 7-sində qələbə qazanaraq “Borussiya”nı ilk “dördlüy”ə daşımağı bacarmışdı. Bu nəticə sayəsində Dortmund klubu növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə əldə edib.
Bundan əlavə, Kovaçın rəhbərliyi altında “Borussiya Dortmund” Klubların Dünya Çempionatının qrup mərhələsini 7 xalla adlayıb. Yeni müqavilənin turnirin sonunda rəsmən elan olunacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved