Noa Lanq: “Barmağın hasara ilişdi, kəsildi”
Noa Lanq qəribə zədədən danışdı: “Barmağım hasara ilişib-kəsildi”.
90plus.az xəbər verir ki, niderlandlı futbolçu Noa Lanq Çempionlar Liqasının 1/8 finalında “Qalatasaray” – “Liverpul” cavab oyununda (0:4) aldığı zədə haqqında danışıb.
Futbolçu bildirib ki, zədə oyunun gedişində reklam lövhəsinin arxasında olan iti hasara ilişməsi nəticəsində baş verib. Onun baş barmağında dərin kəsik yaranıb və əməliyyat olunub.
“Baş barmağım reklam lövhəsinin arxasındakı iti hasara ilişdi və dərin bir kəsik meydana gəldi. Əməliyyatlar yaxşı keçdi, amma hələ də ağrı çəkirəm. Barmağım yerindədir və sağalacağını düşünürəm.”
Lanq hadisənin necə baş verdiyini də izah edib:
“Reklam lövhəsinə yapışmaq istədim, amma arxasında iti hasarlar var idi, ona görə barmağım kəsildi. Yaxşı ki, futbol oynamaq üçün yalnız ayaqlarıma ehtiyacım var.”
Qeyd: Futbolçunun zədəsi ciddi olsa da, onun yaxın vaxtlarda meydanlara qayıdacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved