Noni Madueke “Arsenal”da!

RƏSMİ: Noni Madueke “Arsenal”da! Transfer rəsmən təsdiqləndi!
90plus.az xəbər verir ki, “Arsenal” və “Çelsi” klubları Noni Maduekenin transferi ilə bağlı sənədlərin mübadiləsini tamamlayıb. Müqavilə artıq rəsmiləşib və ingilis futbolçu bu həftəsonu tibbi müayinədən keçəcək.
22 yaşlı vingerin “Arsenal” ilə 5 illik müqavilə imzalayacağı gözlənilir. Transferin məbləği 52 milyon funt sterlinq təşkil edir. Bu məlumat dünən eksklüziv şəkildə açıqlanmışdı və bu gün artıq rəsmi təsdiqini tapdı.
Madueke ötən mövsüm “Çelsi”nin heyətində 2024/25 mövsümündə 41 matçda iştirak edərək 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Mikel Artetanın planlarında geniş yer tutan Madueke, xüsusilə hücum xəttinin sağ cinahında rəqabəti artırmaq məqsədi ilə heyətə cəlb edilib.
“Arsenal” yay transfer pəncərəsində bu ana qədərki ən böyük transferini reallaşdırmış oldu.
© Copyright 2025, All Rights Reserved