Norveç klubu “İnter”i Çempionlar Liqasından göndərdi
"Bodo Qlimt” tarix yazdı – “İnter”i mübarizədən kənarlaşdırdı.
90plus.az xəbər verir ki, Norveç təmsilçisi “Bodo Qlimt” UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb. Komanda 1/8 final mərhələsinə yüksələn ikinci Norveç klubu olub.
Norveç çempionatının qış fasiləsinə görə “Bodo Qlimt” 30 noyabrdan bəri daxili liqada oyun keçirməsə də, Avropa arenasında inamlı çıxışını davam etdirib.
Komanda bu uğur yolunda turnirin nəhənglərinə qarşı diqqətçəkən nəticələr əldə edib. Norveçlilər “Mançester Siti” və “Atletiko Madrid” üzərində qələbə qazanıb, “Borussiya Dortmund”la isə heç-heçə ediblər.
Pley-off mərhələsinin cavab qarşılaşmasında isə “Bodo Qlimt” səfərdə “İnter”i 2:1 hesabı ilə məğlub edib:
İnter 1 - 2 Budyo Qlimt
Ümumi hesab: 2-5
J. P. Hyuq 58’
H. Evjen 72’
Bastoni 76’
Qollar:
https://t.me/doxsanplus/114756
https://t.me/doxsanplus/114757
Beləliklə, iki oyunun nəticəsinə əsasən rəqibini 5:2 hesabı ilə üstələyən Norveç klubu 1/8 finala vəsiqə qazanıb. 2024/25 mövsümünün finalçısı olan “İnter” isə turnirlə vidalaşıb.
© Copyright 2026, All Rights Reserved